EN

Gəncədə 80 yaşlı qadını maşın vurdu

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Əziz Əliyev prsopekti ərazisində qeydə alınıb.

Belə ki, 1945-ci il təvəllüdlü A.Əliyeva yolu keçmək istəyərkən avtomobil onu vurub. Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov

Chosen
16
10
unikal.az

10Sources