AZ

Naxçıvanda 34 yaşlı kişi qətlə yetirildi

Naxçıvanda qətl hadisəsi törədilib.

Moderator.az xəbər verir ki, hadisə Şərur rayonunun Daşarx kəndində baş verib.

İlkin məlumata görə, Yeni Havuş kənd sakini, 1991-ci il təvəllüdlü İbrahim Əbülfəz oğlu İbrahimov qətlə yetirilib.

Onu qətlə yetirməkdə həmin kənd sakini, 1971-ci il təvəllüdlü Sabir İbrahim oğlu İbrahimov şübhəli bilinir.

Qeyd edək ki, İ.İbrahimov S.İbrahimovun qardaşı oğludur, hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, fakt araşdırılır.

Seçilən
14
18
moderator.az

10Mənbələr