AZ

Naxçıvanda 34 yaşlı kişi qətlə yetirilib: Əmisi şübhəli bilinir

Naxçıvanda qətl hadisəsi baş verib.

Demokrat.az xəbər verir ki, hadisə Şərur rayonunun Daşarx kəndində qeydə alınıb.

Bildirilib ki, Yeni Havuş kənd sakini, 1991-ci il təvəllüdlü İbrahim Əbülfəz oğlu İbrahimov qətlə yetirilib.

Onu qətlə yetirməkdə həmin kənd sakini, 1971-ci il təvəllüdlü Sabir İbrahim oğlu İbrahimov şübhəli bilinir.

Qeyd olunur ki, İ.İbrahimov S.İbrahimovun qardaşı oğludur, hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Seçilən
25
18
demokrat.az

10Mənbələr