EN

Suriya və İsrail rəsmiləri Bakıda görüşüblər

Suriya və İsrail rəsmiləri Prezident Əhməd əş-Şaraanın Azərbaycana səfəri çərçivəsində Bakıda görüşüblər.

Bu barədə “Al Arabiya” Dəməşqdəki diplomatik mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, görüş iyulun 12-də baş tutub. “Əş-Şaraanın Bakıya səfəri çərçivəsində Suriya və İsrail rəsmiləri arasında görüş keçirilib”, – adı açıqlanmayan mənbə agentliyə bildirib.

Chosen
26
11
moderator.az

10Sources