Bakıda yerləşən İkinci Fəxri xiyaban iyunun 1-dən təmirə bağlanıb.
Â
Teleqraf-ın verdiyixəbərə görə, bu səbəbdən hazırda xiyabana yalnız şəhidlərin ailə üzvlərinin girişinə icazə verilir.
Â
Məlumata görə, təmir bütün xiyabanı əhatə edəcək. Vətən yolunda qəhrəmanlıqla həlak olmuş şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədilə üzərinə "Şəhidlər ölməz" yazısı qeyd olunacaq ümumi abidənin ucaldılması nəzərdə tutulur.
Â
Təmir sentyabrın 27-dək başa çatacaq.
Â
27 sentyabr - Anım Günü İkinci Fəxri xiyaban yenidən ziyarətçilərin ixtiyarına veriləcək.