EN

Azərbaycan basketbol millisi Serbiyada təlim-məşq toplanışı keçəcək

Bakı, 14 iyul, AZƏRTAC

Basketbolun 3x3 növü üzrə qadınlardan ibarət Azərbaycan millisi Serbiyada təlim-məşq toplanışı keçəcək.

Bu barədə AZƏRTAC-a Azərbaycan Basketbol Federasiyasının (ABF) vitse-prezidenti Fərrux Mahmudov məlumat verib.

Qurum rəsmisi bildirib ki, yığma iyulun 26-da Sumqayıtda start götrüləcək Dünya Seriyasına Novi Sad şəhərində hazırlaşacaq.

Raşa Deliçin rəhbərlik etdiyi kollektivin yoxlama oyunlarındakı rəqibləri hələlik bəlli deyil.

Chosen
11
azertag.az

1Sources