EN

İçərisində 5 nəfərin olduğu helikopter YOXA ÇIXDI

İçərisində 5 nəfərin olduğu Mi-8 helikopteri Uzaq Şərqdə yoxa çıxıb.

İnterpress.az xəbər verir ki, bu abrədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, İçərisində 5 nəfərin olduğu Mi-8 helikopteri Oxotskdan Maqadana uçan zaman Uzaq Şərqdə yoxa çıxıb.

O, yerli vaxtla saat 19:00-da təyinat yerinə çatmalı idi, lakin təyin olunmuş vaxtda əlaqə saxlamayıb və Maqadana çatmayıb.

Axtarış-xilasetmə əməliyyatlarına başlanılıb. Helikopterin yeri hələ müəyyən edilməyib.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
42
1
interpress.az

2Sources