Mi-8 helikopteri Oxotsk şəhərindən Maqadana uçan zaman radarlardan itib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat dərc edib.
Bildirilir ki, tkin düşən helikopterin axtarışı üçün Oxotskdan Mi-8 helikopteri, Maqadandan isə An-26 təyyarəsi havaya qalxıb.
Helikopterdə beş nəfər olub. Hazırda helikopterin axtarışı aparılır.