EN

Fransanın milli bayramı – Bastiliyanın alınması günü qeyd edilir

Paris, 14 iyul, AZƏRTAC

Paris Olimpiya Oyunları ilə əlaqədar 2024-cü ildə təxirə salınmış Fransanın milli bayramı - Bastiliyanın alınması günü qeyd olunur.

AZƏRTAC xəbər verir ki, bayram günündə Parisin Yelisey Çöllərində ənənəvi parad keçirilir, digər şəhərlərdə isə konsertlər və atəşfəşanlıq təşkil ediləcək.

Bayram günündə hüquq-mühafizə orqanlarının 11 min əməkdaşı asayişi qoruyur. Məlumata görə, tədbir ərəfəsində əhalidən 2 mindən çox pirotexniki vasitələr müsadirə olunub.

Fransa və İndoneziya arasında diplomatik əlaqələrin qurulmasının 75 illiyi münasibəti ilə İndoneziya prezidenti Prabovo Subianto bayram şənliyinin fəxri qonağıdır.

Paradda 5 min 600 piyada olmaqla, 7 min hərbçi, eləcə də, 65 təyyarə və digər hərbi vasitələr iştirak edir.

Chosen
75
azertag.az

1Sources