EN

İlk köç karvanı Xocalının Təzəbinə və Xanyurdu kəndlərinə çatıb - YENİLƏNİB

Bu gün Xocalı rayonunun Təzəbinə kəndinə yola düşən ilk köç karvanı ünvanına çatıb.

Aznews.az xəbər verir ki, bu gün ilk mərhələdə Xocalı rayonunun Təzəbinə kəndində 28 ailə olmaqla, 125 nəfər keçmiş məcburi köçkün doğma yurda qovuşub. Köç karvanı respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.

***

06.30

İyulun 14-də növbəti köç karvanı Xocalı rayonunun Təzəbinə və Xanyurdu kəndlərinə yola salınıb.

Aznews.az, xəbər verir ki, bu mərhələdə ümumilikdə 61 ailə (247 nəfər) öz doğma yurdlarına qayıdıb.

Onlardan 28 ailə (125 nəfər) Təzəbinə kəndinə, 33 ailə (122 nəfər) isə Xanyurdu kəndinə yola salınıb.

Chosen
18
1
aznews.az

10Sources