Ermənistanın baş naziri Nikol Paşinyan Fransa Prezidenti Emmanuel Makronu yenidən Ermənistana dəvət edib. Bu, son üç ildə artıq altıncı dəvətdir, lakin Fransa lideri hələ də Ermənistana səfər etməyib.
Bizim.Media erməni KİV-lərinə istinadən xəbər verir ki, baş nazir öz müraciətində Ermənistanla Fransanın çoxəsrlik dostluqla birləşdiyini və bu tarixi əlaqələrin dövlətlərarası münasibətlərin inkişafında mühüm rol oynadığını qeyd edib.
“Dost Fransa tÉ™rÉ™findÉ™n göstÉ™rilÉ™n davamlı vÉ™ mühüm dÉ™stÉ™yi, o cümlÉ™dÉ™n sizin CÉ™nubi Qafqazda É™dalÉ™tli vÉ™ dayanıqlı sülhün bÉ™rqÉ™rar olunmasına yönÉ™lmiÅŸ ÅŸÉ™xsi sÉ™ylÉ™rinizi yüksÉ™k qiymÉ™tlÉ™ndiririk”, – deyÉ™ PaÅŸinyanın mÉ™ktubunda bildirilib.
Qeyd edək ki, Fransa prezidentinin Ermənistana ilk və sonuncu rəsmi səfəri 2018-ci ilin oktyabrında baş tutub.
O vaxtdan bəri Paşinyan dəfələrlə Makronu İrəvana dəvət etsə də, Fransa lideri bu səfərə hələ də razılıq verməyib.
Bizim.Media