AZ

Brüsseldə Paşinyan- Kosta- Fon der Leyen görüşü keçirilir

Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının sədri Antonio Kosta və Avropa Komissiyasının sədri Ursula fon der Leyen arasında üçtərəfli görüş başlayıb.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Tərəflər Ermənistan-Avropa tərəfdaşlığı ilə bağlı əsas məsələləri, həmçinin regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq və Avropa İttifaqı tərəfindən Ermənistana mümkün dəstək formatlarını müzakirə edəcəklər.

Səfər Ermənistan və Aİ arasında intensivləşən siyasi dialoq çərçivəsində həyata keçirilir.

Seçilən
23
43
modern.az

10Mənbələr