Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışını davam etdirən “Araz-Naxçıvan”ın yoxlama oyunları ilə bağlı planında dəyişiklik edilib.
"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Dəyişikliyə əsasən, komanda bu gün daha bir oyun keçirəcək. “Qırmızı-ağlar” Bakı vaxtı ilə saat 18.30-da superliqa təmsilçisi “Konyaspor”la qarşılaşacaq. Qeyd edək ki, "Araz-Naxçıvan" toplanışı iyulun 17-də “Trabzonspor”la keçirəcəyi oyunla yekunlaşdıracaq.
Premyer-liqa klubu bunadək Türkiyə Həvəskar Liqa təmsilçisi "Bayburtspor"a 14:0 hesabı ilə qalib gəlib, Superliqa təmsilçisi "Alanyaspor"la isə 0:0 hesablı heç-heçə edib.