Yazını böyüt
Yazını kiçilt
Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışında olan “Araz-Naxçıvan” növbəti yoxlama oyununu keçirib.
Hafta.az xəbər verir ki, “qırmızı-ağlar” Superliqa təmsilçisi “Konyaspor”la qarşılaşıb.
Görüş Naxçıvan təmsilçisinin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. "Araz-Naxçıvan"ın heyətində qolu Ramon Maçado vurub.
Qeyd edək ki, "Araz-Naxçıvan" toplanışı iyulun 17-də “Trabzonspor”la keçirəcəyi oyunla yekunlaşdıracaq.