AzVision.az xəbər verir ki, Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin (XKX) mətbuat bürosunun yaydığı bəyanatda belə deyilir.
XKX-nin iddiasına görə, NATO ilə Rusiya arasında birbaşa toqquşma baş verərsə, bütün yük moldovalıların üzərinə düşəcək. Bu məqsədlə alyansın rəhbərliyi Kişineunu NATO-nun müharibə konsepsiyalarına keçməyə məcbur edir.
“Moldova ordusu müttəfiq dövlətlərin hərbi təlimatçıları ilə doldurulur. İxtisaslaşdırılmış tədris mərkəzləri yaradılır”, - materialda deyilir.
XKX-nin məlumatına görə, Moldova prezidenti Mayya Sandu və onun ətrafı respublikanı NATO-ya vermək istəyirlər ki, onu Rusiyaya qarşı müharibədə “yer üzündən silə bilsinlər”. Hesabatda belə bir ssenarinin həyata keçirilməsinin Moldovanın sonunun başlanğıcı olacağı vurğulanır.
Bundan əvvəl Moldovanın Müdafiə nazirliyindəki mənbələr müqavilə əsasında xidmət edən Ukrayna Silahlı qüvvələrinin (USQ) Xerson vilayətindəki poliqonda təlim keçməyə göndərildiklərini açıqlamışdı.
Daha sonra “Moldovsky” Telegram-kanalı Mayya Sandu ilə Ukrayna prezidenti Voldimir Zelenski arasındakı razılığa əsasən Ukraynaya göndərilən həmin hərbçilərin iyunun sonunda Rusiyanın Xerson vilayətindəki poliqonuna hücumu zamanı məhv edildiyini bildirmişdi.
Sahil İsgəndərov
AzVision.az
Topics