EN

Bəzi rayonlarda havanın temperaturu 39 dərəcəyə çatıb

Azərbaycanda hazırda bəzi rayonlarda havanın temperaturu 39 dərəcəyə çatıb. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Qeyd edilib ki, iyulun 14-ü saat 16:00-a olan məlumata əsasən hazırda havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında, eyni zamanda Naxçıvan MR-da 38, Aran rayonlarında 39, dağlıq rayonlarda isə 31 dərəcəyədək isti qeydə alınır.

Ölkə ərazisində müşahidə olunan isti hava şəraitinin iyulun 17-dək davam edəcəyi gözlənilir.

Chosen
10
20
sia.az

10Sources