Bildirilir ki, Azərbaycanda bəzi rayonlarda havanın temperaturu 39 dərəcəyə çatıb.
Qeyd edilir ki, hazırda havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında, eyni zamanda Naxçıvan MR-da 38, Aran rayonlarında 39, dağlıq rayonlarda isə 31 dərəcəyədək isti qeydə alınır.
Ölkə ərazisində müşahidə olunan isti hava şəraitinin iyulun 17-dək davam edəcəyi gözlənilir.