EN

Ölkə ərazisində müşahidə olunan isti hava şəraitinin iyulun 17-dək davam edəcəyi gözlənilir

Bakı, 14 iyul, AZƏRTAC

Milli Hidrometeorologiya Xidmətinin iyulun 14-ü saat 16:00-a olan məlumatına əsasən, hazırda havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında, eyni zamanda, Naxçıvan Muxtar Respublikasında 38, Aran rayonlarında 39, dağlıq rayonlarda isə 31 dərəcəyədək isti qeydə alınır.

Bu barədə AZƏRTAC-a xidmətdən məlumat verilib.

Bildirilib ki, ölkə ərazisində müşahidə olunan isti hava şəraitinin iyulun 17-dək davam edəcəyi proqnozlaşdırılır.

Chosen
2
42
azertag.az

10Sources