EN

Azərbaycan karateçiləri beynəlxalq turnirdən medalla döndülər FOTOLAR

BAKI, 14 iyul. TELEQRAF

Karate üzrə “Qazaxıstan Open” beynəlxalq turnirində böyüklər arasında keçirilən komanda döyüşlərində Azərbaycan yığması Qazaxıstanın milli komandasını məğlub edərək qalib olub.

Teleqraf federasiyanın rəsmi saytına isinadən xəbər verir ki, 11-13 iyul tarixində Astanada keçirilən yarışda Qazaxıstan, Rusiya, Belarus, Qırğızıstan və Azərbaycandan ümumilikdə 600-ə yaxın idmançı iştirak edib.

Ölkəmiz turnirdə Azərbaycan Karate Federasiyasının və “Təhsil” Respublika İdman Mərkəzinin (RİM PHŞ) yığma komandası təmsil edib. İdmançılar böyük heyətlə qatıldıqları yarışda yüksək döyüş əzmkarlığı nümayiş etdirərək müxtəlif çəki dərəcələrində fərqləniblər.

Yarışda aşağıdakı nəticələr əldə olunub:

• Vəliyev Yusif (12–13 yaş, -45 kq) - II yer;
• Kamilov Fateh (12–13 yaş, -40 kq) - II yer;
• Kamilov Şamo (14–15 yaş, +70 kq) - III yer;
• İmanov Rauf 16–17 yaş, -61 kq) - III yer;
• Musayev Nəsimi (16–17 yaş, -76 kq) - II yer;
• Dostuyev Aslan (U21, -67 kq) - I yer;
• Süleymanov Rəşid (U21, -75 kq) - I yer;
• Şahbazov Fariz (böyüklər, -60 kq) - I yer;
• Savadov Fərid (böyüklər, -60 kq) - III yer;
• Süleymanov Rəşid (böyüklər, -75 kq) - II yer;
• Cəfərli Rumil (böyüklər, +84 kq) - III yer;
• Sadıqova Mədinə (qadınlar, -55 kq) - III yer.

Chosen
336
2
teleqraf.com

2Sources