APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun 109-cu kilometrliyində, Zaqatala rayonunun Lahıc kəndi ərazisindən keçən hissəsində baş verib.
1998-ci il təvəllüdlü Zaqatala rayonu Bəhmətli kənd sakini Rəvan Vasif oğlu Muradovun idarə etdiyi “Nissan” markalı minik avtomobili ilə 1998-ci il təvəllüdlü Zaqatala rayonu Muxax kənd sakini Oruc Arif oğlu Abdullayevin idarə etdiyi “VAZ 2106” markalı avtomobil toqquşub.
Qəza zamanı “VAZ 2106” markalı avtomobildə olan sərnişin, 2007-ci il təvəllüdlü Zaqatala rayonu Muxax kənd sakini Əhməd Rövşən oğlu Həsilov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə korpusuna yerləşdirilib.
6Sources
-
news24.azZaqatalada iki avtomobil toqquşdu ( 19281958)
-
icma.azZaqatalada qəza: yaralı var ( 19282183)
-
demokrat.azZaqatalada iki avtomobil toqquşub, bir nəfər xəsarət alıb ( 19282015)
-
Ajans.azZaqatalada iki avtomobil toqquşub, XƏSARƏT ALAN VAR ( 19281973)
-
avtosfer.azZaqatalada iki avtomobil toqquşdu ( 19281943)
-
apa.azZaqatalada iki avtomobil toqquşub, bir nəfər xəsarət alıb ( 19281403)