Şəmkirdə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Qaracəmirli kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən orta yaşlı kişini vurub. Piyada xəstəxanaya aparılarkən yolda ölüb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov