EN

Paşinyan Brüsseldə Aİ liderləri ilə görüşdü

Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Antonio Koşta və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen arasında üçtərəfli görüş olub.

 

Senzor.az bildirir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

 

Danışıqlarda Ermənistan nümayəndə heyətini baş nazirin müavini Mqer Qriqoryan, xarici işlər naziri Ararat Mirzoyan, ədliyyə naziri Srbui Qalyan, daxili işlər naziri Arpine Sarkisyan, XİN başçısının müavini Vahan Kostanyan və Ermənistanın Aİ-dəki səfiri Tiqran Balayan təmsil ediblər.

 

Avropa tərəfindən görüşdə Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono, Aİ-nin Ermənistandakı səfiri Vasilis Maraqos və digər rəsmilər iştirak ediblər.

 

Paşinyan görüşü məhsuldar adlandırıb.

 

“Avropa İttifaqı Şurasının sədri Antonio Kosta və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ilə məhsuldar söhbətimiz oldu”, - deyə baş nazir Facebook hesabında paylaşım edib.

Chosen
41
13
senzor.az

10Sources