EN

Aİ-nin XİN başçıları Gürcüstanla vizasız rejimin dayandırılmasını müzakirə edəcəklər

TBİLİSİ, 15 iyul. TELEQRAF

Bu gün Avropa İttifaqının (Aİ) Xarici İşlər Nazirləri Şurasının toplantısında Gürcüstanla vizasız rejimin dayandırılması məsələsi də müzakirə olunacaq.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas toplantıdan öncə jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Gürcüstanda ciddi geriləmə müşahidə olunur.

“Gürcüstan hökümətini qərarlarını dəyişməyə məcbur edəcək vizasız gediş-gəlişin ləğvi də daxil olmaqla bütün varianlar nəzərdən keçirilir”, - K.Kallas deyib.

Qeyd edək ki, Aİ-nin XİN başçıları Gürcüstanla bağlı son müzakirələri iyunun 23-də aparıblar, lakin razılı əldə edilmədiyindən konkret qərar qəbul olunmayıb.

Chosen
58
40
teleqraf.com

10Sources