AZ

KİV: Aİ Gürcüstanla vizasız rejimin ləğvi üçün son tarix müəyyən edib

TBİLİSİ, 15 iyul. TELEQRAF

Avropa Komissiyası Gürcüstan hökumətinə göndərəcəyi məktubda şərtlərin yerinə yetirilməsi üçün avqustun 31-ni son tarix kimi müəyyən edib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə “Azadlıq radiosu”nun Avropa üzrə redaktoru Rikard Jozviak “X” hesabında yazıb.

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Gürcüstan hökumətinə məktub göndərilicəyini təsdiqləyib. O qeyd edib ki, məktubda yer alacaq şərtlər yerinə yetirilməsə, Aİ və Gürcüstan arasında vizasız rejim dayandırılacaq.

Qeyd edək ki, bu gün Aİ-nin Xarici İşlər Nazirləri Şurasının toplantısında Gürcüstanla vizasız rejimin dayandırılması məsələsi də müzakirə olunacaq.

Seçilən
50
40
teleqraf.com

10Mənbələr