EN

Bakı-Tbilisi-Ceyhan kəmərinin ixrac həcmləri açıqlanıb

Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri istismara veriləndən 1 iyul 2025-ci il tarixinədək ümumi ixrac olunan Azərbaycan nefti həcmləri 612,2 milyon ton təşkil edib.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) məlumatına görə, bu həcmin 88 faizi BTC kəmərinin payına düşüb.

Qeyd edək ki, 13 iyul 2006-cı ildə “Əsrin müqaviləsi”nin əsas tərkib hissələrindən biri olan, Azərbaycan neftinin birbaşa dünya bazarlarına çıxışını təmin edən və ölkəmizin enerji təhlükəsizliyinin gücləndirilməsinə mühüm töhfə verən BTC əsas ixrac neft boru kəmərinin rəsmi açılış mərasimi Türkiyənin Ceyhan terminalında keçirilib.

Chosen
75
2
vergiler.az

4Sources