Argentina yığmasının üzvü Tiaqo Almada karyerasını "Atletiko"da davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, Madrid təmsilçisi həm futbolçu, həm klubu "Botafoqo" ilə danışıqları davam etdirir.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Almada başa çatan mövsümün ikinci hissəsini icarə əsasında "Lion"da keçirib. O, Fransa klubunda 20 oyunda 2 qol vurub və 5 məhsuldar ötürmə edib.