"Barselona"nın basketbol komandası yeni mövsüm öncəsi heyətinə gücləndirməyə davam edir.

Offsideplus.az xəbər verir ki, katalon klubu Tornike Şengeliyanı heyətinə cəlb edib. Gürcü basketbolçu ilə 3 mövsümlük müqavilə imzalanıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Şengeliya 2022-ci ildən bəri "Virtus Bolonya"da çıxış edirdi. O, daha öncə İspaniyada "Valensiya" və "Baskoniya"nın da formalarını geyinib.

33 yaşlı basketbolçu 2020-ci ildə "Baskoniya" ilə İspaniya çempionu olub.