EN

"Yuventus"u "Milan"a dəyişir

"Yuventus"un mərkəz hücumçusu Duşan Vlahoviç karyerasını başqa İtaliya klubunda davam etdirə bilər.

90deqiqe.Az-ın “The Sun”a istinadən yaydığı xəbərə görə, serbiyalı hücumçunun xidmətində "Milan" maraqlıdır. "Rossenerilər" artıq futbolçunun agenti ilə əlaqə saxlayıb. Vlahoviçin özü də "Milan"a keçmək istədiyi Turin təmsilçisinin rəhbərliyinə bildirib.

Potensial transferin məbləği 20 milyon avro ola bilər.

Vlahoviçin "qoca sinyora" ilə hazırkı müqaviləsinin müddəti 2026-cı ilin ortalarına kimi hesablanıb. İtaliya çempionatının 2024/2025 mövsümündə hücumçu "Yuventus"un heyətində 29 matçda iştirak edib. Dusan on qol vurub (dördü penaltidən) və dörd məhsuldar ötürmə ilə yadda qalıb.

Chosen
155
30
90deqiqe.az

8Sources