AZ

"Roma" "Yuventus"un yarımmüdafiəçisi Makkenni ilə maraqlanır

"Roma" yay transfer pəncərəsində "Yuventus"un yarımmüdafiəçisi Veston Makkennini heyətinə qatmağa hazırlaşır.

Operativ Media xəbər verir ki, bu haqda "Tuttosport" nəşri məlumat yayıb.

Mənbənin sözlərinə görə, 26 yaşlı amerikalının "Yuventus"la müqaviləsinin 2028-ci ilə qədər uzadılması ilə bağlı danışıqlar dalana dirənməsə də, səngiyib. Eyni zamanda Makkenni üçün heç bir rəsmi təklif gəlməyib. Futbolçuya Bundesliqa, Premyer Liqa və Türkiyə Superliqasında çıxış edən klubların maraq göstərdiyi barədə məlumatlar var.

Makkenni 2024/25 mövsümündə 48 oyunda 5 qol vurub və 4 məhsuldar ötürmə edib. Onun müqaviləsi 30 iyun 2026-cı ilə qədərdir.

"Transfermarkt" futbolçunun transfer dəyərini 22 milyon avro qiymətləndirir.

Seçilən
130
50
operativmedia.az

10Mənbələr