"Rubin" komandasında çıxış edən hücumçu Mirlind Daku karyerasını İtaliyada davam etdirə bilər.
90deqiqe.Az-ın "Telegrafi"yə istinadən məlumatına görə, alban futbolçunun xidmətində İtaliyanın "Fiorentina" klubu maraqlıdır. Florensiya təmsilçisi artıq 27 yaşlı futbolçunun transferi ilə bağlı danışıqlar aparır.
Xatırladaq ki, Daku 2023-cü ilin yayından etibarən "Rubin"in heyətində çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə ümumilikdə 66 oyunda iştirak edib, 29 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb. Transfermarkt portalının təqdim etdiyi məlumata əsasən, futbolçunun bazar dəyəri 8 milyon avro təşkil edir.
Rusiya Premyer Liqasının dörd turundan sonra "Rubin" turnir cədvəlində altıncı yerdə qərarlaşıb və 7 xal toplayıb.