EN

Sosial müavinət alanların sayı niyə artıb? - AÇIQLAMA

"Bu ilin iyun ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 20 min artaraq 865 min nəfərdən çox olub. Onların 462 mindən çoxunu aylıq sosial müavinət, 403 mindən çoxunu isə təqaüd alanlar təşkil edib".

"Unikal" xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, ötən ilin eyni dövründə 448 min nəfərdən çoxu aylıq sosial müavinət, 397 min nəfərdən çoxu isə təqaüd alanlar idi:

"Rəsmi statistika göstərir ki, artımlar daha çox aylıq sosial müavinət alanların sayı ilə bağlı olub. Belə ki, həmin vətəndaşlarımızın sayında 14 min artım qeydə alınıb. Bu isə birbaşa aylıq sosial yardımların dairəsinin genişlənməsi və bəzi proqramlar ilə məlumatlandırma səviyyəsinin artması ilə bağlıdır. Belə ki, 2025-ci ilin əvvəlində Azərbaycanda 334 mindən çox şəxs ünvanlı dövlət sosial yardımı alıb. Ötən ilin əvvəlinə bu göstərici 275 min idi. Göründüyü kimi, sosial proqramların dairəsinin genişləndirilməsi və daha çox vətəndaşlarımızı əhatə etməsi aylıq müavinət alanların sayında artım ilə müşahidə edilib".

Chosen
24
33
unikal.az

10Sources