AZ

Milli parklara səfər edən turistlərin sayı artıb

Azərbaycanın zəngin təbiətini və müxtəlif ekosistemlərini özündə birləşdirən milli parkları ziyarət edən turistlərin sayında ötən ilin eyni dövrü ilə müqayisədə artım qeydə alınıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova Adalet.az-a bildirib ki, ölkəmizin füsunkar təbiət guşələrində yerləşən, bioloji müxtəlifliyi ilə seçilən milli parklarımıza 2025-ci ilin 6 ayı ərzində 87 min 542 turist səfər edib. Həmin göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 12 faiz çoxdur: “Milli parklara səfər edənlərin böyük əksəriyyətini yerli turistlər təşkil edib ki, bu da ölkə əhalisinin təbiət ərazilərinə, ekoturizmə marağının artması və aparılan ekoloji maarifləndirmə işlərinin nəticəsidir”.

Mətbuat katibi onu da qeyd edib ki, bu ilin 6 ayı ərzində təbiətsevərlərin ən çox üz tutduğu məkanlar arasında Göygöl, Şahdağ və Abşeron milli parkları ilk sıralarda yer alıb.

Seçilən
60
30
adalet.az

10Mənbələr