EN

Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanılıb

Yekaterinburqda Azərbaycan diasporasının rəhbərinin oğlu Mutvali Şıxlinski oğlu saxlanılıb.

APA xəbər verir ki, bu barədə "Ura.ru" mənbəsinə istinadən məlumat yayıb.

“İlkin məlumata görə, Mutvali, iki saat əvvəl saxlanılıb. Onun müvəqqəti saxlama təcridxanasına yerləşdirilməsi planlaşdırılır. Daha sonra barəsində həbs qətimkan tədbiri müəyyən ediləcək”, – deyə mənbə bildirib.

"RBK"nın məlumatına görə də, Mutvali Şıxlinski saxlanılıb və hazırda dindirilir. Ona qarşı hansı maddə ilə ittiham irəli sürüldüyü hələ məlum deyil.

"E1" portalının iddiasına görə isə, hadisəyə səbəb iyulun 1-də Yekaterinburqdakı Azərbaycan diasporunun lideri Şahin Şıxlinskı və oğlu Mutvali Şıxlınskinin saxlanması zamanı sonuncunun hüquq-mühafizə orqanı əməkdaşına xəsarət yetirilməsi olub.

Chosen
10
9
apa.az

10Sources