Yekaterinburqda Azərbaycan diasporu rəhbərinin oğlu Mütvəli Şıxlinski saxlanılıb.
Heftelik.az-ın “Ura.ru”-ya istinadən verdiyi məlumata görə, Mütvəli Şıxlinski 2 saat əvvəl saxlanılıb. “E1” portalı yazıb ki, hadisəyə səbəb iyulun 1-də Yekaterinburqdakı Azərbaycan diasporunun lideri Şahin Şıxlinskı və oğlu Mütvəli Şıxlınskinin saxlanması zamanı sonuncunun hüquq-mühafizə orqanı əməkdaşına xəsarət yetirməsi olub.
Mütvəli Şıxlinski hazırda dindirilir.
Mütvəli Şıxlinskinin müvəqqəti saxlama təcridxanasına yerləşdirilməsi, daha sonra barəsində həbs qətimkan tədbiri seçilməsi gözlənilir.