2025-26 mövsümündən etibarən Misli Premyer Liqasında çıxış edəcək "İmişli" heyətini gücləndirməyə davam edir.

Offsideplus.az xəbər verir ki, bölgə təmsilçisi qapıçı Hüseynəli Quliyevlə anlaşıb. Qolkiper 1 il müddətinə "İmişli"nin formasını geyinəcək. 

Qeyd edək ki, "İmişli" daha öncə Ronaldo Rodriqez de Souza, Azər Salahlı, İbrahim Əliyev, İmam Əli və Rafael Vieqası heyətinə cəlb edib.