EN

Magistraturaya qəbul imtahanında essəyə minimal tələb qoyula bilər

BAKI, 16 iyul. TELEQRAF

"Magistraturaya qəbul imtahanlarında hazırda nəsə dəyişiklik nəzərdə tutulmayıb".

Teleqraf xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) şöbə müdiri Natiq Əliyev "2024-cü il üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə tələbə qəbulu imtahanlarının nəticələrinin elmi-statistik təhlili ilə bağlı müzakirələr zamanı deyib.

Onun sözlərinə görə, DİM imtahanların məzmununda hər hansı dəyişiklik olanda, 2 il öncədən məlumat verir.

O qeyd edib ki, ola bilər ki, gələcəkdə magistraturaya qəbul imtahanında essəyə minimal tələbi qoyulsun.

N.Əliyev, həmçinin magistraturada təhsil alan şəxslərin həm də əmək bazarında olacağını diqqətə çatdıraraq qeyd edib ki, universitetlərdə bu təhsil pilləsi üçün dərslərin axşam saatlarında keçirilməsi məqsədəuyğundur.

Chosen
37
11
teleqraf.com

10Sources