EN

Yasamalda qadın güllələnərək öldürüldü

Bu gün paytaxtın Yasamal rayonunun Yeni Yasamal yaşayış massivində qətl törədilib.

XəzərNews.azQafqazinfo-ya istinadla xəbər verir ki, hadisə Məhəmməd Xiyabani küçəsi 2 ünvanında qeydə alınıb. Doqquzmərtəbəli binada yaşayan 1986-cı il təvəllüdlü Fərqanə Kərimova aldığı güllə xəsarətlərindən vəfat edib.

Hadisəni törətməkdə şübhəli bilinən onun həyat yoldaşı 1987-ci il təvəllüdlü Vasif Kərimov polisin keçirdiyi tədbirlərlə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər 4 dəfə oxunub.
Chosen
61
5
xezernews.az

8Sources