AZ

Yasamalda qadın güllələndi: Əri saxlanıldı

Bu gün paytaxtın Yasamal rayonunun Yeni Yasamal yaşayış massivində qadın güllələnib.

"Cebheinfo.az" xəbər verir ki, hadisə Məhəmməd Xiyabani küçəsi 2 ünvanında qeydə alınıb. Doqquzmərtəbəli binada yaşayan 1986-cı il təvəllüdlü Fərqanə Kərimova güllə xəsarətləri alıb. O, xəstəxanaya yerləşdirilib.

Hadisəni törətməkdə şübhəli bilinən onun həyat yoldaşı 1987-ci il təvəllüdlü Vasif Kərimov polisin keçirdiyi tədbirlərlə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az" 

Seçilən
52
3
cebheinfo.az

8Mənbələr