EN

Rauf Hacıyevin Əbdülmənaf Hacıyev haqqında yazdığı “Baba ocağının işığı” kitabının təqdimat mərasimi keçirilib (FOTO)

Bakı. Trend:

Qərbi Azərbaycanın Qarakilsə rayonunun Urud kəndində doğulanmaliyyəçi Rauf Hacıyevin babası sabiq deputat Əbdülmənaf Hacıyevhaqqında yazdığı “Baba ocağının işığı” kitabının təqdimat mərasimikeçirilib.

Trend xəbərverir ki, tədbirdə akademiklər, millət vəkilləri, ədəbiyyat,ictimaiyyət nümayəndələri, Ə.Hacıyevin yaxınları və digər rəsmişəxslər iştirak ediblər.

Təqdimat mərasimində çıxış edən millət vəkilləri Əziz Ələkbərli,Musa Urud, Fazil Mustafa, Hikmət Babaoğlu, Vüqar Rəhimzadə,AMEA-nın müxbir üzvü Elşad Qurbanov, Yeni Azərbaycan PartiyasınınVeteranlar Şurasının üzvü Tahir Quliyev və digər şəxslər kitabınəhəmiyyətindən söz açıblar.

Onlar Ə.Hacıyevin səmərəli iş fəaliyyətindən, gənclərin, yeninəslin formalaşmasında oynadığı müstəsna roldan danışıblar.Çıxışçılar bildiriblər ki, R.Hacıyevin ərsəyə gətirdiyi bu memuartarixi həqiqətləri özündə əks etdirməklə yanaşı, gələcək nəsillərüçün də stolüstü kitaba çevriləcək.

Müəllif Rauf Hacıyev kitabın ön sözündə yazıb ki, nəslindəkiyaxşı adamları tanımaq, sevmək, onunla qürur duymaq, onun yolunudavam etdirmək insana şərəf və məsuliyyət gətirən hissdir:

“Zəngəzur mahalının tanınmış vətənpərvər, görkəmli elm xadimi,mehriban, qayğıkeş, xeyirxah, insanlara əl tutub yol göstərən,ziyalı-maarifçi, hamının hörmətini qazanan, nurani el ağsaqqalıƏbdülmənaf Hacıyev haqqında tarixi faktlara, xatirələrə söykənərəkbu kiçik kitabı yazmaqda məqsəd onun keşməkeşli həyat yoluna baxıb,gənc nəslə vətəni torpağı sevərək heç vaxt unutmamağı, imkansızlaraköməklik edib əl tutmağı, həmişə vətənpərvər olmağı örnəkgöstərməkdir.

Ziyalı maarifçi, əməkdar müəllim, böyük dünya görüşünə malik,müxtəlif vəzifələrdə işləyən, hamıya əl tutub, dayaq olub yolgöstərən, nurani bir el ağsaqqalı olan insan haqqında tarixi,əlyazmaları və yadda qalan hadisələrdən ibarət bir balaca kitabyazmağa qərar verdim. Düşünürəm ki, bu kitab həm də gələcəknəvə-nəticə, kötücələr üçün babanın ömür yolunun xəritəsi,milli-etnoqrafik mənbə olacaq”.

Rauf Qasım oğlu Hacıyev 1951-ci ildə Qarakilsənin Urud kəndindəanadan olub, 1972-ci ildə Bakı Maliyyə-kredit texnikumuna, 1975-ciildə Azərbaycan Xalq Təsərrüfatı institutunun maliyyə-kreditfakültəsinə daxil olub.

O, müxtəlif illərdə bir sıra idarələrdə inspektor, baş mühasib,baş müfəttiş, mühasib-ekspert, nəzarətçi müfəttişi və digər rəhbərvəzifələrdə çalışıb.

1990-1995-ci illərdə Maliyyə Nazirliyinin Sosial sahələrinmaliyyəsi idarəsində rəis müavini, Kadr və kadr hazırlığı şöbəsininrəisi, İşlər idarəsinin müdiri vəzifələrində çalışıb. 1995-2009-cuillərdə Bakı səhəri Nizami və Nərimanov rayonları üzrə maliyyəidarələrinin rəisi olub. 2010-2017-ci illərdə yenidən MaliyyəNazirliyinin Aparatının Büdcə şöbəsinin Yerli büdcələrlə işsektorunun müdiri vazifəsində işləyib.

Əbdülmənaf Qəhrəman oğlu Hacıyev 1896-ci ildə Qarakilsərayonunun Urud kəndində anadan olub. 1932-ci ildə Moskva HüquqElmləri Akademiyasında hüquqşunas ixtisası üzrə təhsilinitamamlayıb. 1-2 çağırış Naxçıvan MSSR Ali Sovetinin deputatıseçilib. Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanıilə Əməkdar müəllim fəxri adına layiq görülüb.

Rauf
Rauf
Rauf
Rauf
Rauf
Rauf
Rauf
Rauf
Rauf
Rauf
Rauf
Rauf
Rauf
Rauf
Rauf
Rauf
Rauf
Rauf
Rauf
Rauf
Chosen
32
2
az.trend.az

3Sources