Baş nazir Benyamin Netanyahu İsraildəki druzlara müraciət edib.
"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, bu barədə Baş nazirin bəyanatında qeyd edilib.
Netanyahu Suveydada vəziyyətin çox ciddi olduğunu və İsrail ordusunun Suriyadakı druzları xilas etmək, o cümlədən Suriya hökumət qüvvələrini məhv etmək üçün fəaliyyət göstərdiyini deyib.
İsrailin Baş naziri druzları İsrail sərhədindən Suriyaya keçməməyə və həyatlarını riskə atmamağa çağırıb.
"Cebheinfo.az"Â