EN

Azərbaycan diasporu rəhbərinin oğlu: Xüsusi təyinatlını bilərəkdən vurmamışam

Mutvalı Şıxlinski məhkəmənin açıq hissəsində hadisənin necə baş verdiyini deyib:

"Mən bunu bilərəkdən etməmişəm. Mən onu görmürdüm. O, məndən sağda olub. Mən bunu sonradan bilmişəm".

Xatırladaq ki, M.Şıxlinski xüsusi təyinatlını avtomobillə vurmaqda ittiham olunur.

***16:11

İyulun 16-da Yekaterinburq şəhərinin Leninski Rayon Məhkəməsi Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu və onun müavini, vəkil Mutvalı Şıxlinski barəsində həbs qətimkan tədbiri seçəcək.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, iyulun 1-də Mutvalının atası "Gelandewagen" markalı avtomobillə hərəkətdə olarkən saxlanılsa da, sonradan sərbəst buraxılıb. İki həftə sonra kiçik Şıxlinski Rusiya Cinayət Məcəlləsinin 318-ci maddəsi - dövlət məmuruna qarşı zorakılıq tətbiq etmə ittihamı ilə saxlanılıb.

İlkin məlumatlara görə, müstəntiqlər Mutvalı barəsində həbs qətimkan tədbiri seçəcək, bu halda o, istintaq təcridxanasına yerləşdiriləcək.

*** 11:32

Rusiyanın Yekaterinburq şəhərində Azərbaycan diasporunun rəhbərinin oğlu Mutvalı Şıxlinskiyə qarşı cinayət işi açılıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Sverdlovsk vilayətinin Vəkillər Palatasının prezidenti İqor Putintsev məlumat verib.

"Vəkillər Palatası Mutvalı Şıxlinskiyə qarşı cinayət təqibinin aparıldığı barədə məlumatı təsdiqləyib", - agentliyin həmsöhbəti bildirib.

Putintsev Şıxlinskinin hansı maddə ilə ittiham oluna biləcəyini dəqiqləşdirməyib.

Daha əvvəl güc strukturlarında bildirmişdilər ki, "Azərbaycan-Ural" İctimai Milli-Mədəni Təşkilatının sədri Şahin Şıxlinski saxlanılıb. Daha sonra o azad edilib.

Chosen
50
9
far.az

10Sources