Yekaterinburqdakı Azərbaycan diasporunun sədri Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinskinin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə keçirilib.
Xezerxeber.az xəbər verir ki, Yekaterinburqun Leninski Rayon məhkəməsi Rusiya Federasiyası Cinayət Məcəlləsinin 318-ci maddəsinin 1-ci hissəsi ilə (hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olmayan zorakılıq tətbiq etmək) təqsirləndirilən M. Şıxlinski barəsində iki aylıq həbs qətimkan tədbiri seçib.
Məhkəmə M. Şıxlinskini sentyabrın 14-nə kimi həbsdə saxlayaraq istintaq təcridxanasına göndərib.
Müdafiə tərəfi M.Şıxlinskinin ev dustaqlığına buraxılmasını istəyib. Mutvalı həbsini qanunsuz hesab etdiyini və qərardan apellyasiya şikayəti verəcəyini bildirib.
Azərbaycan diasporunun rəhbərinin oğlunu 5 ilə qədər həbs gözləyir.
11:27
Rusiyanın Yekaterinburq şəhərində Azərbaycan diasporunun rəhbərinin oğlu Mutvalı Şıxlinskiyə qarşı cinayət işi açılıb.
Xezerxeber.az Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Sverdlovsk vilayətinin Vəkillər Palatasının prezidenti İqor Putintsev məlumat verib.
"Vəkillər Palatası Mutvalı Şıxlinskiyə qarşı cinayət təqibinin aparıldığı barədə məlumatı təsdiqləyib", - agentliyin həmsöhbəti bildirib.
Putintsev Şıxlinskinin hansı maddə ilə ittiham oluna biləcəyini dəqiqləşdirməyib.
Daha əvvəl güc strukturlarında bildirmişdilər ki, “Azərbaycan-Ural” İctimai Milli-Mədəni Təşkilatının sədri Şahin Şıxlinski saxlanılıb. Daha sonra o azad edilib.