Çempionlar Liqasında qrup mərhələsindək irəliləmək iddiasında olan "Qarabağ" transfer fəaliyyətini davam etdirir.
Bizim. Media xəbər verir ki, Azərbaycan çempionunun danışıq apardığı daha bir legionerin adına aydınlıq gəlib. Ağdam klubu Samsondin Ouronu hədəf alıb.
25 yaşlı yarımmüdafiəçi Toqo yığmasının üzvüdür. O, eyni zamanda Almaniya vətəndaşlığına sahibdir. Futbolda ilk addımlarını bu ölkədə atıb, "SSV Reutlingen"in akademiyasında yetişib.
2019-2020-ci illəri Zaqreb «Dinamo»sunda keçirib. 2021-ci illərdə Sloveniyaya yollanıb, 2 mövsüm "Mura"nın uğurları üçün tər töküb. Daha sonra icarə əsasında "Radomlje"də çıxış edib.
2023-cü ildə Səudiyyə Ərəbistanından təklif alıb, "Al-Adalah" ilə müqavilə imzalayıb.
Rəşad Rafiqoğlu, Bizim.Media