AZ

"Qarabağ" Toqo yığmasının orta sahə oyunçusunu "gözaltı" etdi - SON DƏQİQƏ

Çempionlar Liqasında qrup mərhələsindək irəliləmək iddiasında olan "Qarabağ" transfer bazarında boş dayanmır.

Sportal.az xəbər verir ki, Azərbaycan çempionunun hədəfində olan növbəti futbolçunun kimliyi artıq məlumdur. Ağdam klubu Samsondin Ouronu maraq dairəsinə alıb.

25 yaşlı yarımmüdafiəçi Toqo yığmasının üzvüdür. O, eyni zamanda Almaniya vətəndaşlığına sahibdir. Futbolda ilk addımlarını bu ölkədə atıb, "SSV Reutlingen"in akademiyasında yetişib. 2019-2020-ci illəri Zaqreb «Dinamo»sunda keçirib. 2021-ci illərdə Sloveniyaya yollanıb, 2 mövsüm "Mura"nın uğurları üçün tər töküb. Daha sonra icarə əsasında "Radomlje"də çıxış edib. 2023-cü ildə Səudiyyə Ərəbistanından təklif alıb, "Al-Adalah" ilə müqavilə imzalayıb.(Sportinfo.az)

saytlarin hazirlanmasi

Seçilən
20
sportal.az

1Mənbələr