Şamaxıda iyulun 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə “Müasir informasiya məkanı və dini etiqad azadlığı” mövzusunda keçirilən konfrans çərçivəsində media nümayəndələri üçün dini ibadətgahlara media-tur təşkil olunub.
Mediatur çərçivəsində iştirakçılar Azərbaycan və Şərq memarlığının nadir incilərindən olan Şamaxı Cümə məscidini ziyarət ediblər. Daha sonra media mənsubları Şamaxı şəhər İmamzadə məscidi və Pirsaat Baba ziyarətgah-məscid kompleksinə baş çəkiblər.
Media nümayəndələri dini abidələrin tarixi, məscidlərdə aparılan təmir-bərpa işləri haqqında ətraflı məlumatlandırılıblar.