EN

Azərbaycanlı MMA döyüşçüsü Rusiya vətəndaşlığından məhrum edilib

Azərbaycanlı MMA döyüşçüsü Cavid Rzayev Rusiya vətəndaşlığından məhrum edilib.

APA-nın Rusiya bürosu xəbər verir ki, ötən ilin iyulunda pop-MMA turnirində Rzayev rinqdə olarkən rəqibini “rus donuzu” adlandıraraq təhqir edib.

Bu insidentdən sonra onun Rusiya vətəndaşlığının əlindən alınması tələb olunub.

Daha sonra idmançı "əsəbləri" əsas gətirərək üzr istəsə də, Rusiya hakimiyyəti onu deportasiya etmək qərarına gəlib.

Chosen
28
11
apa.az

10Sources