Azərbaycanlı MMA döyüşçüsü Cavid Rzayev Rusiya vətəndaşlığından məhrum edilib.
FTX əməkdaşı Rzayevə bildirib ki, o, ölkənin siyasi və ictimai sabitliyinə mənfi təsir göstərən hərəkətlər edib. Bu, vətəndaşlıqdan məhrum edilməsinə səbəb olub.
Rzayev rusiyalı Artur Kulinskini milli mənsubiyyətinə görə təhqir edərək onu rus donuzu adlandırıb. Rzayev daha sonra Kulinskidən üzr istəyib. Hadisədən sonra promoşunun lisenziyası dayandırılıb, lakin Liqanın köməyindən sonra Federasiya lisenziyanı yeniləyib.
2024-cü il iyulun 3-də Rusiya Boks Federasiyası Rzayevin təhqiramiz sözləri ilə bağlı Rusiya Federasiyasının Baş Prokurorluğuna şikayət edib. 2024-cü il iyulun 4-də Rusiya Boks Federasiyası Rzayevi ömürlük idmandan uzaqlaşdırıb.
Rzayevin pop MMA-da dörd qələbəsi və iki məğlubiyyəti var. Kulinskinin dörd qələbəsi və altı məğlubiyyəti var.
Əziz Mustafa