Bakı. Trend:
İraqın Əl-Küt şəhərində yerləşən hipermarketdə güclü yanğın başverib.
Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.
Yerli rəsmilərin bildirdiyinə görə, hadisə nəticəsində azı 50nəfər həyatını itirib.
Gecədən hadisə yerinə xeyli sayda yanğınsöndürmə dəstələrisəfərbər olunub. Xilasedicilər az qala bütün hündürmərtəbəli binanıəhatə edən alovu söndürməyə çalışır.
Hadisənin təfərrüatları barədə məlumat verilmir.