EN

“Sumqayıt” Madaqaskar yığmasının futbolçusunu transfer etdi

“Sumqayıt” heyətinə yeni futbolçu cəlb edib.

Klubdan "Unikal"a verilən məlumata görə, “kimyaçılar” Madaqaskar yığmasının üzvü Aleksandr Ramalinqomun keçidini rəsmiləşdirib.

Onunla 1+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, hücumçu 2023-2024-cü illər mövsümündə “Səbail”də oynayıb.

Chosen
47
50
unikal.az

10Sources