EN

Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ticarətdə əsas tərəfdaşları - TOP 10

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın Avropa İttifaqı (Aİ) ölkələri ilə ticarət dövriyyəsi 10 milyard 461 milyon 564 min ABŞ dolları təşkil edib.

Valyuta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu müddətdə Aİ ölkələrinə ixracın həcmi 9 milyard 38 milyon 792 min ABŞ dolları olub ki, bu da ümumi ixracın 70,19%-ni təşkil edir.

Müqayisə üçün ötən ilin eyni dövründə bu göstərici 7 milyard 275 milyon 588 min ABŞ dolları (ümumi ixracın 56,40%-i) idi. Beləliklə, illik müqayisədə Aİ ölkələrinə ixrac 1 milyard 763 milyon 204 min ABŞ dolları artıb.  

İdxala gəlincə, cari ilin yanvar-iyun aylarında Aİ ölkələrindən idxalın həcmi 1 milyard 422 milyon 772 min ABŞ dolları olub. Bu, ümumi idxalın 12,35%-nə bərabərdir. Ötən ilin eyni dövründə isə bu göstərici 1 milyard 253 milyon 484 min ABŞ dolları (ümumi idxalın 14,14%-i) olub. İllik idxal dəyərində Aİ ölkələri üzrə 169 milyon 288 min ABŞ dolları həcmində artım qeydə alınıb.  

Mayya Hüseynova

Chosen
91
50
valyuta.az

10Sources